Vladimir Putin Sergey Lavrovun birinci müavinini istefaya göndərdibackend

Vladimir Putin Sergey Lavrovun birinci müavinini istefaya göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Putin xarici işlər nazirinin birinci müavini Vladimir Titovu tutduğu vəzifədən azad edib. O, bu vəzifəni 2013-cü ilin aprel ayından tutub və Avropa ölkələri ilə əlaqələrə və inzibati məsələlərə nəzarət edib.

“Kommersant”ın məlumatına görə, Vladimir Titov Rusiyanın Cenevrədəki BMT ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi postunu ala bilər.

Xatırladaq ki, Titov 1993-1997-ci illərdə İsveçdəki səfirliyin nazir-müşaviri olub. Bundan sonra o, iki il Xarici İşlər Nazirliyinin ikinci Avropa şöbəsinə rəhbərlik edib. 1999-2004-cü illərdə Bolqarıstanda səfir, sonra bir il Xarici İşlər Nazirliyinin kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 2005-2013-cü illərdə isə Xarici İşlər Nazirinin müavini olub.

//Samir Qurbanov, Editor.az