RF prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukrayna silahlı qüvvələrinin əks-hücumunu dayandırmaq üçün oktyabr ayına qədər vaxt verib.
Editor.az bu barədə ISW-yə istinadən məlumat verir. Məlumata görə, Kremldəki mənbə iddia edir ki, Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya cəbhədəki vəziyyəti yaxşılaşdırmaq, Ukraynanın əks-hücumlarını dayandırmaq və təşəbbüsü Rusiya qoşunlarına qaytarmaq üçün 2023-cü ilin oktyabr ayının əvvəlinə qədər müddət verib.
İnsayderin iddiasına görə, Rusiya hərbi komandirləri Ukraynanın əks-hücumunu zirvəyə çatdırmaq ümidi ilə davamlı əks-hücumlar sifariş edə bilər.
Hətta bu, Rusiyanın hərbi imkanları üçün böyük baha başa gəlsə belə.
//Samir Qurbanov, Editor.az