Vladimir Putin təcili iclas keçirtdi: Kiyevlə danışılası bir şey yoxdurbackend

Vladimir Putin təcili iclas keçirtdi: Kiyevlə danışılası bir şey yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Ukrayna ilə həmsərhəd rayonlardakı vəziyyətlə bağlı iclas keçirib.

Onun sözlərinə görə, sərhəd bölgəsinə hücumda məqsəd Kiyevin danışıqlarda mövqelərinin yaxşılaşmasını görməsidir. Bununla belə, mülki şəxslərə və nüvə enerji obyektlərinə qarşı hücumlardan sonra Ukrayna hakimiyyəti ilə danışmağa daha heç nə qalmır: “Kiyev rejiminin sülh yolu ilə nizamlanma planına qayıtmaq təkliflərimizdən, eləcə də maraqlı və neytral vasitəçilərin təkliflərindən niyə imtina etdiyi bəlli olur.

Görünür, düşmən öz qərbli ağalarının köməyi ilə onların iradəsini həyata keçirir. Qərb bizimlə ukraynalıların əli ilə vuruşur və bununla da gələcək danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır”, – deyə Vladimir Putin bildirib. Putinin sözlərinə görə, Rusiyanın Kiyevlə sərhədinə hücumdan sonra daha danışılası bir şey yoxdur. “Mülki insanlara, mülki infrastruktura fərq qoymadan hücum edən və nüvə enerjisinə təhlükə yaratmağa çalışan insanlarla nə danışa bilərik? – deyə Putin görüş zamanı qeyd edib.

//Samir Qurbanov, Editor.az