Rusiya prezidenti Vladimir Putin “İlin yekunları”nda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Fələstin-İsrail nizamlanmasındakı rolundan danışıb.
Onun sözlərinə görə, Qəzzada vəziyyətin bərpası məsələsində Türkiyə Cümhuriyyəti rəhbərinin rolu aparıcıdır. O, Ərdoğanı dünya birliyinin vəziyyətin yaxşılığa doğru həlli üçün hər şeyi edən liderlərindən biri hesab edir.
“Allah ona (Ərdoğana) can sağlığı verin”, – Vladimir Putin deyib. Rusiya lideri vurğulayıb ki, Moskva və Ankara BMT-nin Şərqi Qüdsdə Fələstin dövlətinin yaradılması ilə bağlı qərarlarının yerinə yetirilməli olmasından çıxış edir.
O əlavə edib ki, uzunmüddətli nizamlanma üçün fundamental əsaslara ehtiyac var. Eyni zamanda prezident Ərdoğanla daim təmasda olduğunu və iki dövlət başçısının mövqelərinin üst-üstə düşdüyünü bildirib. Putin ölkə liderlərinin gələn ilin əvvəlində İstanbulda görüşə biləcəklərinə əminliyini ifadə edib.
//Samir Qurbanov, Editor.az

