Vladimir Putin Türkiyəyə gedəcəkmi?backend

Vladimir Putin Türkiyəyə gedəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər etmək niyyətindədir, lakin onun səfərinin dəqiq tarixi hələlik məlum deyil.

Editor.az bildirir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyasında məlumat verilib. Bundan əvvəl Türkiyə mətbuatı Putinin apreldə Türkiyəyə gəlişi ilə bağlı yazmışdı.

“Səfərin vaxtı ilə bağlı konkret məlumatımız yoxdur”. – Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti qeyd edib.
Bu ilin fevralında liderlər arasında telefon danışığı olub və onlar qısa müddət ərzində görüşün keçirilməsi barədə razılığa gəliblər.

Eyni zamanda, Rusiya mediası Putinin ilk xarici səfərinin inaqurasiya mərasimindən sonra Çinə baş tuta biləcəyini yazıb.

//Samir Qurbanov, Editor.az