Rusiya prezidenti Vladimir Putin Türkiyənin ilk atom elektrik stansiyasında nüvə yanacağının yüklənməsi mərasimində videokonfrans vasitəsilə iştirak edəcək.
Editor.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Allah qoysa, aprelin 27-də Akkuyu AES-də nüvə yanacağının tədarükü mərasimi keçiriləcək və bununla da AES nüvə statusu alacaq.
Cənab Putin mərasimə videokonfrans vasitəsilə qatılacaq”. Təntənəli mərasim çərçivəsində nüvə yanacağı AES-ə çatdırılacaq və xüsusi anbara yerləşdiriləcək. Bundan sonra MAQATE-nin iştirakı ilə Akkuyuya nüvə obyekti statusu veriləcək.
Qeyd edək ki, Akkuyu 2018-ci ildən Mersin vilayətində Rosatom tərəfindən Türkiyədə tikilir. Gözlənilir ki, dörd reaktordan birincisi enerji hasil etməyə başlayanda, nüvə stansiyası təxminən altı ay sonra işə başlayacaq. Gələcəkdə stansiya Türkiyəni elektrik enerjisinin 10 faizini təmin edəcək. Qeyd edək ki, Mersinə bitişik rayonlar fevral ayında dağıdıcı zəlzələlərlə üzləşib. Lakin Mersin bu fəlakətdən təsirlənməyib. Belə ki, əyalət seysmik aktivliyin aşağı olması səbəbindən AES-in tikintisi üçün yer kimi seçilib. Stansiya dəniz sahilində yerləşir və bu da səmərəli soyutma üçün vacibdir.
//Samir Qurbanov,Editor.az

