Vladimir Putin Türkiyəyə gəlməyəcək: Rəcəb Tayyib Ərdoğan Moskvaya gedirbackend

Vladimir Putin Türkiyəyə gəlməyəcək: Rəcəb Tayyib Ərdoğan Moskvaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasına səfər edə bilər. Türkiyə lideri Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırır.

Editor.az Türkiyənin “Yeni Şafak” qəzetinə istinaən xəbər verir ki, Ərdoğanın Rusiyaya səfəri “taxıl müqaviləsi”nin uzadılması üçün çox önəmlidir.

Qeyd olunur ki, Ankara Moskvanın iştirakı olmadan “taxıl dəhlizi” üçün yeni alternativ marşrutun əleyhinədir. “O (Ərdoğan) düşünür ki, bir şəkildə razılaşma nöqtəsi tapıla bilər”, – mesajda deyilir.

Xatırladaq ki, daha əvvəl Vladimir Putinin Türkiyəyə səfəri razılaşdırılmışdı. Lakin bir neçə gün əvvəl Rusiya prezidenti mövcud vəziyyətlə əlaqədar ölkəni tərk etmək istəmədiyini bildirib

//Samir Qurbanov, Editor.az