Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər etməyi planlaşdırır. O, respublika rəhbəri Rəcəb Tayyib Ərdoğanın müvafiq dəvətinə cavab verib.
Editor.az bildirir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib. “Türkiyə Prezidenti dövlətimizin başçısını Türkiyəyə səfərə dəvət etdiyini təsdiqlədi. Planda var”, – deyə İnterfaks Uşakovdan sitat gətirir. Lakin onun sözlərinə görə, Rusiya liderinin Türkiyəyə səfərinin konkret tarixləri hələ müzakirə olunmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin “Hürriyet” qəzetinin jurnalisti Hande Fyrat Rusiya dövlət başçısının Türkiyəyə səfər edəcəyini bildirmişdi. Daha sonra Kremlin sözçüsü Dmitri Peskov Putin və Ərdoğan yaxın gələcəkdə aralarında ikitərəfli görüşün keçirilməsi barədə razılığa gəldiyini demişdi. Eyni zamanda, Rusiya liderinin mətbuat katibinin də aydınlaşdırdığı kimi, vaxt və yer hələ müəyyən edilməyib.
//Samir Qurbanov,Editor.az

