Rusiya lideri Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ərazilərində “sanitar zona” yaratmaq istəyir. Belə ki, o, Xarkov vilayətinin rus işğalçı ordusu tərəfindən tutulmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Putinin sözlərinə görə, söhbət Qərb silahlarının nüfuz etməsi üçün çətinlik yaradacaq “təhlükəsizlik zonası” yaratmaqdan gedir. “Mən indi nəyi və necə ilhaq etməli olduğumuz barədə danışmağa hazır deyiləm. İstisna etmirəm ki, nə vaxtsa biz Kiyev rejiminə tabe olan ərazilərdə müəyyən sanitar zona yaratmağa məcbur olacağıq”, – o deyib.
Putindən prezident seçkilərindəki “qələbəsini” necə qeyd etməyi planlaşdırdığı da soruşulub. “İndi Baş Qərargah və Müdafiə Naziri ilə danışacağam” –Putin cavab verib.
//Samir Qurbanov, Editor.az

