Vladimir Putin Ukrayna ilə atəşkəs danışıqlarına hazırdır – “Reuters” agentliyibackend

Vladimir Putin Ukrayna ilə atəşkəs danışıqlarına hazırdır – “Reuters” agentliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin “yeni ərazilərin Rusiya əraziis kimi tanınacağı” halında Ukrayna ilə atəşkəs danışıqlarına hazırdır.

Editor.az bildirir ki, bu barədə dörd yüksək rütbəli rus mənbəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb. Onların fikrincə, Vladimir Putin bu təklifə cavab verilməyəcəyi təqdirdə hərbi əməliyyatları davam etdirəcək.

Putin hesab edir ki, müharibə bölgəsindəki uğurlar Rusiya vətəndaşlarının onları qələbə kimi qəbul etmələri üçün indi kifayətdir. Rusiya prezidenti hesab edir ki, cəbhədə istənilən yeni nailiyyətlər hakimiyyətin bundan qaçmağa çalışdığı növbəti səfərbərliyi tələb edəcək. “Putin lazım olduğu qədər döyüşə bilər, lakin o, münaqişəni dondurmaq üçün atəşkəsə də hazırdır”, – Kremldəki məsələ ilə bağlı danışıqlardan xəbərdar olan dörd yüksək vəzifəli rus mənbəsindən biri deyib. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov agentliyə şərhində bildirib ki, Rusiya prezidenti dəfələrlə dialoqa açıq olduğunu deyib. O, həmçinin əmin edib ki, Rusiya “əbədi müharibə” istəmir.

Mənbələrdən biri Reuters-ə bildirib ki, Vladimir Zelenskinin hakimiyyətdə olduğu müddətdə sülh razılaşması ola bilməz. Bununla belə, Rusiya Vaşinqtonla separat danışıqlara da gedə bilər.

//Samir Qurbanov, Editor.az