Vladimir Putin Afrika liderləri ilə görüşdə bildirib ki, keçən il Rusiya Federasiyası öz ordusunu Kiyev ətrafından çıxartdı.
Çünki sülh müqaviləsinin imzalanması məqsədilə ondan bu barədə xahiş etdilər.
Editor.az xəbər verir ki, bu sözləri “Astra” və “Sota” Telegram kanalları Putinin çıxışından sitat gətiriblər. “Əslində bu (sülh – red.) müqavilənin layihəsi razılaşdırılmışdı. Amma qoşunlarımız Kiyevdən çıxarılandan sonra Kiyev hakimiyyəti bütün razılaşmalardan imtina etdi”, – Putin deyib.
“Sota” kanalı qeyd edib ki, Putinin rus qoşunlarının Kiyevdən çıxarılması ilə bağlı bəyanatının əks olunduğu fraqment sonradan Kremlin Telegram kanalından və Kremlin saytındakı mətn stenoqramından yoxa çıxıb. Halbuki əvvəlki videoda var idi.
//Samir Qurbanov, Editor.az

