Vladimir Putin: Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı artıq başlayıbbackend

Vladimir Putin: Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı artıq başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya lideri Vladimir Putin iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı artıq başlayıb.
Editor.az bildirir ki, bu barədə o, iyunun 9-da jurnalistlərə açıqlamasında deyib: “Bunu strateji ehtiyatlardan istifadə sübut edir. İndiyədək edilən bütün əks-hücum cəhdləri uğursuz alınıb, lakin Ukrayna qoşunlarının hücum potensialı hələ də qalır”. Putinin sözlərinə görə, “Ukrayna qoşunları heç bir döyüş bölgəsində öz vəzifələrini yerinə yetirməyiblər” və Ukrayna Silahlı Qüvvələrinin itkiləri “klassik göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir”.
O, həmçinin bildirib ki, bütün bunlar, xüsusən, “müasir Rusiya silahlarının yüksək effektivliyi sayəsində” baş verir. “Bəli, bizdə hələ də bu müasir silahlar kifayət qədər deyil, lakin müdafiə sənayesi sürətlə inkişaf edir və əminəm ki, müdafiə sənayesinin qarşısında duran bütün vəzifələr qeyd-şərtsiz öz həllini tapacaq. Müasir tipli silahların istehsalında intensiv artım var”, – Putin bildirib.
//Samir Qurbanov,Editor.az