Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin…backend

Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin hələ də Ukraynada atəşkəs ideyasını dəstəkləyir, lakin bu baş verməmişdən əvvəl bəzi suallara cavab verilməlidir.

Editor.az bildirir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Digər məsələlərlə yanaşı, Moskva Ukrayna ordusunun yenidən silahlanması risklərindən narahatdır. Peskov vurğulayıb ki, münaqişənin həllində Rusiya ilk növbədə öz maraqlarını nəzərə almalıdır. “Bu suallar havada qalıb və hələ ki, heç kim onlara cavab verməyib.

Bu həm Kiyev rejiminə nəzarətin olmaması, həm də Kiyev rejiminin sadəcə olaraq Kiyevə tabe olmayan bir sıra ekstremist və millətçi birləşmələrin hərəkətlərinə nəzarət edə bilməməsi ilə bağlıdır. Bu, həm də Kiyevin gələcək hərbiləşdirilməsi planları ilə əlaqədardır. Qısa zamanda atəşkəs zərurəti ideyası ilə həmrəy olduğumuz üçün biz öz maraqlarımızı təmin etməli və indicə haqqında danışdığım o aspektləri aydınlaşdırmalıyıq”, – deyə Kreml nümayəndəsi qeyd edib.

Xatırladaq ki, mart ayında ABŞ Ukraynada 30 günlük atəşkəs, sonra isə döyüşləri həmişəlik dayandırmaq üçün razılaşma təklif edib.

//Samir Qurbanov, Editor.az