Vladimir Putin və Aleksandr Lukaşenko Ukrayna prezidenti Vladimir Zelenskini legitim hesab etmirlərbackend

Vladimir Putin və Aleksandr Lukaşenko Ukrayna prezidenti Vladimir Zelenskini legitim hesab etmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml rəhbəri Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyini tanımadıqlarını bildiriblər.

Minskdə keçirdiyi mətbuat konfransında Putin yenidən Moskvanın danışıqlara hazır olduğunu, ancaq Belarus və Türkiyədə əldə olunmuş razılaşmalara, eləcə də “yerdəki reallıqlara” əsaslandığını bildirib. “Kimlə danışıqlar aparmalıyıq ki? Əlbəttə ki, biz hazırkı prezidentin legitimliyinin sona çatdığını bilirik”. Putinin sözlərinə görə, sənədləri imzalamaq üçün Rusiya qanuni hakimiyyət orqanları ilə əlaqədar olduğuna tam əmin olmalıdır. Ukraynanın siyasi və hüquqi sistemləri bu suala cavab verməlidir.

Lukaşenko isə Vladimir Zelenskinin legitimliyi ilə bağlı sualı cavablandırarkən belə deyib: “Burada hüquqi təmizlik yoxdur və ola da bilməz”.

//Samir Qurbanov, Editor.az