Vladimir Putin və Kim Çen In bir-birinə nə hədiyyə ediblər?backend

Vladimir Putin və Kim Çen In bir-birinə nə hədiyyə ediblər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin sentyabrın 12-də “Vostoçnı” kosmodromuna səfəri zamanı Şimali Koreya lideri Kim Çen Ina nə hədiyyə etdiyi məlum olub.

Editor.az bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, “Həqiqətən də hədiyyə mübadiləsi olub.

Prezident Putin Koreya liderinə bir neçə dəfə kosmosda olmuş kosmik kostyumdan əlcək və bizim yerli, Rusiya istehsalı olan ən keyfiyyətli karabin hədiyyə edib.

Öz növbəsində Kim Çen In Vladimir Putinə Şimali Koreya ustalarının hazırladığı karabin hədiyyə edib. Dmitri Peskovun sözlərinə görə, “başqa hədiyyələr də olub”.
Xatırladaq ki, sentyabrın 12-də Kim Çen In Primorsk diyarındakı Xasan stansiyasına gəlib.

Ertəsi gün o, “Vostocnı” kosmodromuna gedib və orada Vladimir Putinlə görüşüb.

//Samir Qurbanov, Editor.az