Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Onlar Dağıstanda baş verən terror aktını müzakirə ediblər və terrorizmlə mübarizədə birgə işi davam etdirmək barədə razılığa gəliblər: “Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağıstanda terrorçuların cinayətkar hücumunu kəskin şəkildə pisləyib, Rusiya xalqı ilə həmrəylik hisslərini ifadə edib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların hamısının tezliklə sağalmasını arzulayıb”.
Bu barədə Kremlin saytında məlumat verilib. “Anadolu” agentliyinə istinadən Türkiyə prezidentinin ofisindən verilən açıqlamada, Türkiyənin “bölgədəki bütün münaqişələrə son qoymaq üçün səylərini davam etdirəcəyi” bildirilib. Kremlin mətbuat xidməti əlavə edib ki, prezidentlər gələcək şəxsi təmaslar, o cümlədən iyulun 3 və 4-də Qazaxıstanda keçiriləcək ŞƏT sammitində razılaşıblar. Türkiyə Prezident Administrasiyası bu barədə məlumat verməyib.
//Samir Qurbanov, Editor.az