Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan prezident seçkiləri öncəsi görüşə bilməyəcəklər. İki liderin gərgin iş qrafiki yaxın vaxtlarda təmas qurmağa imkan vermir.
Editor.az bildirir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Onun sözlərinə görə, hazırda görüşə hazırlıq gedir. “Seçkilərdən əvvəl, yox. Seçkilər öncəsi qrafik kifayət qədər sıxdır və Rusiya Federasiyasının prezidenti kifayət qədər məşğuldur.
Cənab Ərdoğan da çox məşğuldur. Amma ən yüksək səviyyədə təmaslara hazırlıq gedir. Bunu bir neçə dəfə bəyan ediblər. Bu təmaslar baş tutacaq, lakin bu, iki prezidentin iş qrafikinə ən uyğun gələn anda olacaq”. – Dmitri Peskov deyib.
Qeyd edək ki, bu gün Türkiyə prezidentinin 70 yaşı tamam olur. Vladimir Putin telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Hər iki lider əlaqələrin daha da möhkəmlənməsinə və davamlı inkişafa ümid etdiklərini bildiriblər.
//Samir Qurbanov, Editor.az