Vladimir Putin, Vladimir Zelenski və Donald Tramp görüşü çətin ki, baş tutsun – Kremlin mətbuat katibi Dmitri Peskovbackend

Vladimir Putin, Vladimir Zelenski və Donald Tramp görüşü çətin ki, baş tutsun – Kremlin mətbuat katibi Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, Ukrayna və ABŞ prezidentləri Vladimir Putin, Vladimir Zelenski və Donald Trampın yaxın gələcəkdə görüşü çətin ki, baş tutsun. Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezident Putin təmas ideyasını dəstəkləyir, lakin o, hesab edir ki, onlar yaxşı hazırlanmalıdır”, – Kreml sözçüsü jurnalistlərə deyib. “Bu təmaslar artıq texniki səviyyədə, ekspertlər səviyyəsində hazırlanacaq razılaşmaların nəticəsi olmalıdır”, – Dmitri Peskov əlavə edib.

Xatırladaq ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlardan sonra Türkiyə Vladimir Putin və Vladimir Zelenski arasında sammitin təşkili təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. O, Donald Trampın da görüşdə iştirak edə biləcəyini istisna etməyib. Amerika prezidenti belə danışıqlara hazırdır, – Ağ Ev bildirib.

//Samir Qurbanov, Editor.az