Rusiya prezidenti Vladimir Putin Meksika prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak etmək üçün öz nümayəndəsini təyin edib.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin özü tədbirdə iştirak etməyi planlaşdırmır. “Prezidentin planlarında belə bir səfər yoxdur”, – deyə Peskov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası Departamentinin direktoru Aleksandr Şçetinin RTVI-ya bildirib ki, Rusiya tərəfi inaqurasiyaya dəvət alıb. O, buna görə Meksikaya minnətdarlığını bildirib. Qeyd edək ki, iyun ayında Meksikada keçirilən prezident seçkilərində Klaudiya Şeynbaum qalib gəlib. O, hakim “Morena” partiyasını təmsil edir. Vladimir Putin xanım Şeynbauma təbrik teleqramı göndərib.
//Samir Qurbanov, Editor.az