Rusiya prezidenti Vladimir Putin iyun ayında iyun ayında “Vaqnerçilər” tərəfindən ələ keçirilən Rostov-na-Donudakı hərbi qərargaha gəlib.
Editor.az Britaniya Müdafiə Nazirliyinə istinadən bildirir ki, o bunu avqustun 19-da – “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin ölümündən bir neçə gün əvvəl gücünü nümayiş etdirmək üçün edib.
Qeyd olunur ki, Cənub Hərbi Dairəsinin Rostov-na-Dondakı qərargahı cəbhə xəttindən 160 km aralıda yerləşir. Orada Ukraynaya qarşı müharibə aparan hərbçilər yerləşdirilib. Kəşfiyyat məlumatlarına görə, Rusiya prezidenti yüksək rütbəli zabitlərlə, xüsusən də Ukraynada əməliyyatlara komandanlıq etməyə davam edən Baş Qərargah rəisi general Valeri Gerasimovla görüş keçirib.
Xatırladaq ki, “Vaqner” Qrupu 2023-cü ilin iyununda qərargahı qısa müddətə ələ keçirmişdi. Putin çox güman ki, öz gücünü nümayiş etdirmək və yüksək hərbi komandanlığı həmişəki qaydada fəaliyyət göstərdiyini təqdim etmək istəyib”, – Britaniya Müdafiə Nazirliyi izah edib.
//Samir Qurbanov, Editor.az