Vladimir Putindən Donald Trampa təklif: Gəl oturaq, yaxşı-yaxşı danışaqbackend

Vladimir Putindən Donald Trampa təklif: Gəl oturaq, yaxşı-yaxşı danışaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, o, amerikalı həmkarı Donald Trampla görüşməli və Rusiya və ABŞ-ı maraqlandıran bütün məsələləri sakit şəkildə müzakirə etməlidir.

Rusiya lideri bunu jurnalist Pavel Zarubinlə söhbətində bildirib. “Bu günün reallıqlarına əsaslanaraq görüşməyimiz və həm ABŞ-ı, həm də Rusiyanı maraqlandıran bütün sahələr haqqında sakit şəkildə danışmağımız daha yaxşı olardı”, – Putin bildirib.

Bundan əvvəl Kremlin mətbuat katibi Dmitri Peskov Trampla danışıqlara hazır olduğunu açıqlamışdı. O qeyd edib ki, Moskva Vaşinqtondan siqnal gözləyir.

//Samir Qurbanov, Editor.az