Ermənistanın baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının (AİİK) Sankt-Peterburqda keçirilən iclasına gəlib. Onu Rusiya prezidenti Vladimir Putin qarşılayıb.
Editor.az RİA Novosti-yə istinadən bildirir ki, görüşə Aİİ ölkələrinin bütün liderləri gəlib. Onların arasında Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Belarus prezidenti Aleksandr Lukaşenko da var.
Bu gün, dekabrın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin və Nikol Paşinyan dekabrın 26-da Sankt-Peterburqda keçiriləcək Aİİ sammiti çərçivəsində və MDB-yə üzv dövlətlərin dövlət başçılarının qeyri-rəsmi görüşü zamanı ünsiyyət qura biləcəklər.
//Samir Qurbanov, Editor.az

