Prezident Vladimir Putin Rusiyanın Avropaya hücum planlaşdırması ilə bağlı ittihamları “cəfəngiyyat” adlandırıb.
O qeyd edib ki, Qərb artıq açıq şəkildə Ukraynaya qoşun yeritmək imkanından danışır. Putin daha əvvəllər Rusiyaya qarşı qoşun göndərənlərin taleyini xatırladıb: “Nəticələr daha faciəli olacaq.
Bizim onların ərazisindəki hədəfləri vura bilən silahlarımız da var”, – deyə Vladimir Putin bildirib. “Qərbin ortaya atdığı hər şey həqiqətən nüvə silahından istifadə ilə münaqişə və buna görə də sivilizasiyanın məhvi ilə təhdid edir”, – deyə prezident yekunlaşdırıb. “Russofobiya Qərbi kor edir, onu ağıldan məhrum edir”, – deyə o vurğulayıb. Vladimir Putin qeyd edib ki, suveren və güclü Rusiya olmadan davamlı dünya nizamı mümkün deyil.
O əlavə edib ki, Qərb ölkələri Rusiyanı silahlanma yarışına sürükləməyə çalışırlar ki, “onları yıxmaq və 1980-ci illərdə Sovet İttifaqı ilə bacardıqları hiyləni təkrarlamaq”. Vladimir Putin döyüş bölgəsində məğlubiyyətə uğratmaq istəyərkən strateji sabitliyin müzakirəsini ikiüzlülük adlandırıb. Onun sözlərinə görə, Rusiya ABŞ-la dialoqa hazırdır, lakin Vaşinqton “bizə qarşı açıq düşmənçilik hərəkətləri edir”.
//Samir Qurbanov, Editor.az

