Vladimir Putindən şok açıqlama: Ukraynanın ərazi bütövlüyünün yeganə təminatçısı Rusiyadırbackend

Vladimir Putindən şok açıqlama: Ukraynanın ərazi bütövlüyünün yeganə təminatçısı Rusiyadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Polşa millətçilərinin Qərbi Ukrayna ərazilərini geri almaq istəyi fonunda Rusiya Ukraynanın ərazi bütövlüyünün yeganə real təminatçısı ola bilər”.

Editor.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası”nın üzvləri ilə görüşündə deyib, Putin qeyd edib ki, Polşadakı millətçi ünsürlər Ukraynanın İkinci Dünya Müharibəsindən sonra Stalinin qərarları sayəsində aldığı qərb ərazilərini ələ keçirmək üçün can atır:

“Ukraynanın indiki sərhədləri daxilində ərazi bütövlüyünün yeganə real təminatçısı yalnız Rusiya ola bilər. Lakin bu, artıq gələcək ukraynalı siyasətçilərin özlərinin işidi.  İndiki siyasətçilər, mənim fikrimcə, bu barədə çox az başa düşürlər və bu barədə heç düşünmürlər. Baxmayaraq ki, bəziləri, bizə elə gəlir ki, artıq düşünməyə başlayıblar”.

 //Samir Qurbanov, Editor.az