Vladimir Putini “hərbi cinayətkar” adlandıran bloqqer psixiatrik xəstəxanaya yerləşdirildibackend

Vladimir Putini “hərbi cinayətkar” adlandıran bloqqer psixiatrik xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putini hakimiyyəti ələ keçirməkdə günahlandıran və onun məhkəməyə verilməsini tələb edən rusiyalı Z bloqqeri İlya Remeslo psixiatrik xəstəxanaya yerləşdirilib.

“Baza”-nın məlumatına görə, o, Sankt-Peterburq Şəhər Psixiatriya Xəstəxanasında “yeni ortaya çıxan psixotik pozğunluq simptomları olan kişilərin müalicəsi” üzrə ixtisaslaşmış şöbədə müalicə olunur. “Şöbədəki xəstələr arasında sayıqlama, düşüncə pozğunluğu və anlaşılmaz nitqli insanlar var”, – deyə müntəzəm olaraq təbliğat yayımlayan Rusiya kanalındakı paylaşımda bildirilir.

Agentlik qeyd edir ki, sözügedən xəstəxana Sovet dövründə cəza psixiatriyası üçün istifadə olunub. “Astra” onlayn nəşri iddia edir ki, Remeslo 19 martdan bəri zənglərə və ya mesajlara cavab vermir. Daha əvvəl Rusiya prezident administrasiyasından müxalifətə, xüsusən də Aleksey Navalnıya qarşı təxribatlar üçün pul aldığını təsdiqləmişdi. O, həmçinin bildirib ki, Z müxbirlərinin 99%-i onun mövqeyini dəstəkləyir və Putinin istefa verməli olduğuna inanır.
Z-bloqçu Aleksandr Kartavıx yazır ki, “MIG Rossii” təbliğat səhifəsində bildirildiyi kimi, Remesilin xəstəxanaya yerləşdirilməsi ona xəstəxananın özü tərəfindən təsdiqlənib.

//Samir Qurbanov, Editor.az