Vladimir Putinin Astanaya səfər proqramı məlum olubbackend

Vladimir Putinin Astanaya səfər proqramı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov iyulun 3-4-də Astanada keçiriləcək ŞƏT sammiti çərçivəsində Vladimir Putinin kiminlə görüşəcəyini bildirib.

O qeyd edib ki, Rusiya liderinin Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstanın rəhbəri Kasım-Jomart Tokayev, eləcə də Çin sədri Si Cinpinlə danışıqları planlaşdırılır. Bundan başqa, Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək.

Bu hadisə ilə bağlı danışan Uşakov əlavə edib ki, iki ölkə başçıları ən vacib mövzuları müzakirə etməli olacaqlar. Prezidentin köməkçisi vurğulayıb ki, Rusiya və Türkiyə liderləri arasında həll edilməli olan məsələlər yığılıb.

//Samir Qurbanov, Editor.az