Vladimir Putinin ən çox qorxduğu şeybackend

Vladimir Putinin ən çox qorxduğu şey

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml Vladimir Putin rejiminin sabitliyindən narahat olduğu üçün açıq repressiyalardan yayınır.

Editor.az xəbər verir ki, bu qənaətə Müharibə Araşdırma İnstitutunun (ISW) analitikləri gəlib. Qeyd olunur ki, rusiyalı ultramillətçilər Kremlin Stalin repressiyalarına qayıtmasının tərəfdarıdır və Putindən onları gücləndirəcəyini gözləyirlər. Bununla belə, Kreml Putin rejiminin sabitliyindən qorxduğu üçün açıq repressiv tədbirlərdən yayınmaqda davam edir.

Xüsusilə, Rusiya Federasiyası hökuməti ölkədən qaçan ruslar üçün vergilərin 13%-dən 30%-ə qədər artırılmasını nəzərdə tutan qanun layihəsini Dövlət Dumasından geri qaytarıb, baxmayaraq ki, ultramillətçilər Kremldən dəfələrlə “xain-rusların” əmlakını milliləşdirməyə çağırıblar”. ISW hesab edir ki, Kreml “bu cür qeyri-populyar tədbirlərin tətbiqində tərəddüd edir.

  //Samir Qurbanov,Editor.az