Vladimir Putinin qalib gəlməsinə imkan verməyəcəyik – Böyük Britaniyanın baş naziribackend

Vladimir Putinin qalib gəlməsinə imkan verməyəcəyik – Böyük Britaniyanın baş naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Rişi Sunak Rusiyanın Ukraynaya genişmiqyaslı hücumları ilə əlaqədar beynəlxalq ictimaiyyətin Rusiya prezidenti Vladimir Putinin qalib gəlməsinə imkan verməyəcəyini bildirib.

Editor.az bildirir ki, bu barədə Sunak X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. O, vurğulayıb ki, Ukrayna şəhərlərinə genişmiqyaslı hücumlar Putinin azadlığı və demokratiyanı məhv etmək məqsədinə çatmaq üçün heç bir işdən əl çəkməyəcəyini göstərir. “Biz onun qalib gəlməsinə imkan verməyəcəyik” qeyd edən Sunak, “lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam etməliyik” deyib.

Bundan əlavə, Böyük Britaniyanın Ukraynadakı səfiri Martin Harris Rusiyanın Ukrayna şəhərlərinə raket hücumunu… hərbi cinayət adlandırıb.

//Samir Qurbanov, Editor.az