Vladimir Putinin Qazaxstana səfəri ərəfəsində Astana küçələrində Ukrayna bayrağı yayımlandıbackend

Vladimir Putinin Qazaxstana səfəri ərəfəsində Astana küçələrində Ukrayna bayrağı yayımlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Daxili İşlər Nazirliyi Vladimir Putinin Astanaya səfəri ərəfəsində – noyabrın 27-də Astanada küçə ekranında Ukrayna bayrağının görünməsi ilə bağlı araşdırma aparır. Faktla bağlı cinayət işi açılıb.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Telegram-dakı mesajında deyilir ki, insident “Keruen Media” şirkəti ilə bağlıdır. Baş verənlərlə bağlı müxtəlif versiyalar, o cümlədən texniki problemlər və “avadanlığın işinə mümkün kənardan qeyri-qanuni müdaxilə” ilə bağlı versiya nəzərdən keçirilir.

Daxili İşlər Nazirliyi “qanunsuz hərəkətlərə görə məsuliyyət daşıyanları” məsuliyyətə cəlb edəcəklərini vəd edib. Dövlət Texniki Xidməti “göstərilən bayraq şəklinin qısa müddət ərzində dəyişdirilməsi” ilə bağlı araşdırma aparır. İdarənin ilkin məlumatlarına görə, hücum proksi serverlərdən istifadə etməklə xarici İP ünvanlardan həyata keçirilib.

//Samir Qurbanov, Editor.az