Vladimir Putinin Türkiyə səfəri ilə bağlı yeni xəbər varbackend

Vladimir Putinin Türkiyə səfəri ilə bağlı yeni xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək.

Editor.az bildirir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən xəbər verir. Başqa tarixlər də nəzərdən keçirilir. Prezidentin köməkçisi Yuri Uşakov bildirib ki, istənilən halda Putinin səfəri fevralda baş tutacaq.

“Bu tarix ehtimaldır, lakin yekun deyil, lakin koordinasiya davam edir”, – Rusiya agentliyindəki mənbə bildirib. “A-Haber” yazır ki, Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna münaqişəsi, taxıl tədarükü və Suriyadakı vəziyyəti müzakirə edəcək. Xatırladaq ki, vvVladimir Putin 2023-cü il dekabrın 14-də birbaşa xətt üzrə Türkiyəyə planlaşdırılan səfərindən danışıb.

Elə həmin ay Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səfərin gündəmdə olduğunu, lakin dəqiq tarixlərin olmadığını demişdi. Yuri Uşakovun sözlərinə görə, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqların əsas mövzularından biri Ukrayna münaqişəsi olacaq.

//Samir Qurbanov, Editor.az