Vladimir Putinin uçduğu səsdən sürətli strateji bombardmançı təyyarə yandıbackend

Vladimir Putinin uçduğu səsdən sürətli strateji bombardmançı təyyarə yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 11-də Rusiya prezidenti Vladimir Putinin uçduğu səsdən sürətli strateji bombardmançı-raket daşıyıcısı TU-160M yanıb. Rusiyanın VChK-OGPU layihəsi bildirir ki, uçuşa hazırlıq zamanı mühərriklərdən biri alışıb və sıradan çıxıb, daha üçü isə yanıb.

Bombardmançı təyyarə əhəmiyyətli dərəcədə zərər görüb; bu cür mühərrikləri olan bütün modellər müvəqqəti olaraq uçuşa dayandırılıb. Qeyd olunur ki, söhbət quyruq nömrəsi 801 olan TU-160M-dən gedir: “Putin fevralın 22-də məhz bu təyyarə ilə uçub və yalnız uçuşun qısa müddətli olmasına görə sağ qalıb” – layihə yazır.

Jurnalistlərin məlumatına görə, birinci mühərrikdə yanğın və partlayış nasaz mühərrik turbin dayağının sıradan çıxması nəticəsində baş verib. Qəza zamanı mühərrik əsaslı təmirdən sonra təxminən 50 saat işləyib.

//Samir Qurbanov, Editor.az