Vladimir Putinlə danışıqdan söhbət belə gedə bilməz – Britaniyanın xarici işlər naziribackend

Vladimir Putinlə danışıqdan söhbət belə gedə bilməz – Britaniyanın xarici işlər naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın xarici işlər naziri İvet Kuper 15 yanvarda Politico-ya verdiyi açıqlamada bildirib ki, Britaniya Rusiya prezidenti Vladimir Putinlə dialoq qurmaq niyyətində deyil. Onun sözlərinə görə, əgər Putin Ukraynada “sülhə inamlı maraq” nümayiş etdirərsə, onunla “birbaşa danışıqlar” aparıla bilər.

Lakin hələ ki, belə bir istək görünmür. Kuper hesab edir ki, “Putinin həqiqətən sülh istədiyinə dair dəlillərə ehtiyac var”.
Britaniyalı diplomat vurğulayıb ki, ABŞ və Avropanın dəstəyi ilə “sülh planı” hazırlayan Ukrayna sülhə “böyük sadiqlik” nümayiş etdirib. Kuper hesab edir ki, hazırda “diplomatik ağırlıq mərkəzi” Ukrayna və onun ən yaxın müttəfiqlərinin əlindədir. O hesab edir ki, Moskvaya təzyiq, sanksiyalar və Ukraynaya hərbi dəstək vasitəsilə artırılmalıdır.

//Samir Qurbanov, Editor.az