Moskva və Vaşinqton hələ ki Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında mümkün görüşlə bağlı ciddi müzakirələr aparmayıb.
Bu barədə fevralın 6-da CNN-ə açıqlamasında Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin və Trampın “görüşməli olub-olmaması, əgər belədirsə, nə vaxt və necə olduğunu müzakirə etmək üçün ilkin təmasları olmayıb”. Eyni zamanda Peskov medianı “tələsməməyə” çağırıb.
Lakin Tramp bu həftə ABŞ-ın Ukrayna və Rusiya ilə hərtərəfli müharibə ilə bağlı “çox konstruktiv” danışıqların apardığını bildirmişdi.
//Samir Qurbanov, Editor.az