Bu gün Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tuta bilər.
Editor.az bildirir ki, bu barədə “Politico” nəşri Aİ-dəki mənbələrə istinadən yazıb. Nəşrə görə, “Avropa paytaxtları Vladimir Putin və Donald Trampın bəlkə də bu gün yenidən telefonla danışa biləcəyini gözləyirlər”. Vəziyyətlə tanış olan məmur nəşrlə söhbətində prezidentlər arasında söhbətin “ya həftəsonundan dərhal əvvəl, ya da ondan sonra” baş tutmasını mümkün sayıb. NBC telekanalının məlumatına görə, ABŞ və Rusiya prezidentlərinin bu gün planlaşdırılmış telefon danışığı yoxdur. Bundan başqa, nəşr qeyd edib ki, Donald Trampın yaxın ətrafı Rusiya Ukraynada tam atəşkəsə razılaşana qədər Ağ Ev rəhbərinə Vladimir Putinlə telefon danışığından çəkinməyi tövsiyə edib.
//Samir Qurbanov, Editor.az