Belarus Prezidenti Aleksandr Lukaşenko iddia edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərb cinahında hərbi risklər və təhdidlər artır. O, Belarusu “mühasirəyə alınmış qala” kimi təsvir edib.
Qeyd edək ki, Lukaşenko bu məsələni Bişkekdə keçirilən KTMT-nin məhdud sayda iştirakçısı olan zirvə toplantısında qaldırıb. “KTMT-nin sərhədləri boyunca, xüsusən də təşkilatın qərb cinahında hərbi risklər və təhdidlər artır, burada adekvat və sabit vəziyyətin qalması lazım olduğunu düşünmək olar”, – deyə Belarus Prezidenti bildirib.
O qeyd edib ki, Polşa 2026-cı ildə müdafiəyə təxminən 55 milyard dollar (ÜDM-in təxminən 5%-i) ayıracaq və silahlı qüvvələrinin sayı 200.000 nəfəri keçib. O, Baltikyanı ölkələrin artım tempinə görə “Varşavadan çox da geri qalmadığını” deyib. “Yuxarıda göstərilənlər, aqressiv ritorika ilə birlikdə, Qərb siyasətçilərinin məqsədli şəkildə müharibəyə hazırlaşdığını göstərir. “Vladimir Vladimiroviç (Putin), müharibəyə hazırlaşan biz deyilik, bütün faktlara əsasən, onlardır”, – deyə Belarus Prezidenti vurğulayıb.
//Samir Qurbanov, Editor.az

