Vladimir Zelenski Birləşmiş Qüvvələrin komandanını vəzifəsindən azad etdibackend

Vladimir Zelenski Birləşmiş Qüvvələrin komandanını vəzifəsindən azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski ölkə Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu vəzifəsindən azad etdiyini bildirib: “Mən Ukrayna Silahlı Qüvvələri Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, – Ukrayna prezidenti axşam müraciətində deyib.

Yuri Sodolun istefası haqqında fərman Ukrayna prezidentinin ofisinin saytında dərc edilib. 2016-cı ildən Andrey Qnatov 36-cı Əlahiddə Dəniz Briqadasının qərargahına rəhbərlik edir, 2022-ci ildə Ukrayna Quru Qoşunlarının “Cənub” əməliyyat komandanlığının komandir müavini olub.

//Samir Qurbanov, Editor.az