Vladimir Zelenski çətin adamdır – Donald Trampbackend

Volodimir Zelenski çətin adamdır – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun üçün Rusiya prezidenti Vladimir Putinlə dil tapmaq Ukrayna prezidenti Vladimir Zelenski ilə dil tapmaqdan daha asandır.

Tramp bu barədə amerikalı jurnalist Qlenn Beklə müsahibəsində danışıb. “Düşünürəm ki, o (Vladimir Putin) sövdələşməyə hazırdır və deyərdim ki, indiyə qədər onunla danışmaq Zelenski ilə müqayisədə daha asan olub”, – ABŞ prezidenti deyib.

Daha əvvəl Vladimir Putin Qələbənin 80-ci ildönümündə Rusiya ordusunun hərbi əməliyyatları dayandıracağını bəyan edib.

//Samir Qurbanov, Editor.az