Vladimir Zelenski Donald Trampdan xahiş etdi: lütfən…backend

Vladimir Zelenski Donald Trampdan xahiş etdi: lütfən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ABŞ prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün planlar hazırlamazdan əvvəl Ukraynaya səfər etməlidir.

Onun sözlərinə görə, bu yolla Amerika prezidenti “burada nə baş verdiyini anlaya” biləcək. “Biz sizin mövqeyinizə hörmət edirik. Amma lütfən, hər hansı qərar qəbul etməzdən, danışıqlar üçün planlar qurmazdan əvvəl gəlib insanlara, mülki şəxslərə, hərbçilərə, dağıdılan xəstəxanalara, kilsələrə, öldürülən uşaqlara baxın”, – Zelenski Trampa müraciət edib.

O, əvvəlcə yerdəki vəziyyətə baxmağa və yalnız bundan sonra müharibəni bitirmək üçün plana uyğun hərəkət etməyə çağırıb. “Siz kiminlə sövdələşdiyinizi başa düşəcəksiniz. Siz Putinin nə etdiyini başa düşəcəksiniz”, – prezident deyib.

//Samir Qurbanov, Editor.az