Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 11-də Berlində keçirdiyi mətbuat konfransında bildirib ki, görüş zamanı Almaniya kansleri Olaf Şolsa Ukraynanın işğalçı Rusiya Federasiyasına qarşı müharibədə qələbəsi planını təqdim edəcək.
“Bu gün mən Olaf-a, fikrimizcə, Rusiyanı sülhə necə məcbur etmək, yəni bu müharibəni necə bitirmək barədə plan təqdim edəcəyəm – mən istərdim ki, gələn ildən, 2025-ci ildən gec olmayaraq, təcavüzün təkrarlanmayacağına zəmanət verim” – Zelenski bildirib.
Prezident əlavə edib ki, bu plan Ukraynanın mövqeyini gücləndirmək məqsədi daşıyır. “Bu plan həqiqətən müharibəyə son qoyacaq məhsuldar sülh sammitinin keçirilməsi üçün bir körpüdür, yəni bu plan bizim sülh təşəbbüsümüzü əvəz etmək deyil, sülhə yaxınlaşmaq üçün Ukraynanın mövqeyini gücləndirməkdir Biz bunu bütün tərəfdaşlarımızla əməkdaşlıqda etməlyik: “Biz Almaniyanın dəstəyinə də ümid edirik”, – deyə Zelenski qeyd edib.
//Samir Qurbanov, Editor.az

