Vladimir Zelenski təşəbbüsü ələ alır – “The Guardian” nəşribackend

Vladimir Zelenski təşəbbüsü ələ alır – “The Guardian” nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı İstanbulda sülh danışıqları üçün Vladimir Putinlə şəxsən görüşməyi təklif edərək “diplomatik qumar” oynadı. “The Guardian” yazır ki, o, təşəbbüsü Putindən alıb və indi ona təzyiq edir.

Nəşrin xatırladığı kimi, 30 günlük atəşkəs tələbi şənbə günü Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin Kiyevə səfəri zamanı irəli sürülüb. Britaniyanın baş naziri Keir Starmer deyib ki, Putin bu təklifi rədd edərsə, sanksiyalar sərtləşdiriləcək və Rusiyanı yenidən danışıqlar masasına oturtmaq üçün Ukraynanın müdafiəsi üçün hərbi yardım artırılacaq. Buna cavab olaraq Putin Ukraynanı əvvəlki atəşkəs razılaşmalarını pozmaqda günahlandırıb, lakin “buna baxmayaraq” iki tərəfin bu cümə axşamı İstanbulda baş tuta biləcəyi danışıqlar üçün görüşməyi təklif etdiyini söyləyib.
Putinin tonu aydın şəkildə Avropanın tələblərini rədd etmək, həm də son vaxtlara qədər Moskvaya qarşı Kiyevdən daha yumşaq davranan Tramp administrasiyasının gözündə Moskvanın konstruktiv mövqeyinin görüntüsünü yaratmaq üçün dəqiqliklə seçilib.

Putin xüsusilə ABŞ-ın yeni administrasiyasına münaqişənin həllində göstərdiyi səylərə görə təşəkkür edib: “Trampın cavabı taktikanın uğur qazana biləcəyini və Qərbin birliyinə əhəmiyyətli zərbə vurduğunu deməyə əsas verir. Lakin onun “Truth Social”-dakı paylaşımı həm də onun son günlər Moskvanın Ukrayna müharibəsində sərt tələbləri ilə bağlı özəl olaraq ifadə etdiyi məyusluğuna işarə edib”.

//Samir Qurbanov, Editor.az