Vladimir Zelenski Vatikana gedibbackend

Vladimir Zelenski Vatikana gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Vatikana gəlib və burada Roma Papası Fransisklə görüşəcək.

Bu, tammiqyaslı müharibə başlayandan bəri Ukrayna liderinin Vatikana ikinci rəsmi səfəridir. Birincisi 2023-cü ilin mayında baş tutub. Eyni zamanda, Ukrayna Prezidenti və Pontifik bu il iyunun 14-də G7 liderlərinin İtaliyada keçirilən sammiti çərçivəsində görüşüblər.

Oktyabrın 10-da Vatikanın mətbuat xidməti bildirmişdi ki, Roma Papası Fransisk oktyabrın 11-də Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edəcək.

//Samir Qurbanov, Editor.az