Bu səhər Vladiqafqazın Moskovskoye şossesində yerləşən “Alania Mall” ticarət mərkəzində partlayış baş verib və bundan dərhal sonra binada yanğın başlanıb.
Binanın şüşələri sınıb. Xəbərdə deyilir ki, ölənlər var. Şimali Osetiya rəhbəri Sergey Menyailo da öz Telegram kanalında məlumatı təsdiqləyib. “Vladiqafqazda “Alania Mall” ticarət mərkəzində yanğın baş verib, hadisə yerində operativ qərargah yerləşdirilib, hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir, – Sergey Menyailo bildirib.
O, zərərçəkənlərlə bağlı da məlumat verib: hadisə zamanı binanın içərisində olan bir qadın dünyasını dəyişib. Daha bir zərərçəkənin vəziyyəti müəyyənləşdirilir. O, təcili yardım briqadası tərəfindən təxliyə edilib. Hazırda sentin ərazisi mühasirəyə alınıb və hadisə yerində istintaq qrupu işləyir. Rayon rəhbəri əlavə edib ki, yanğının lokallaşdırılması, həmçinin yanğın mənbələrinin aşkarlanması və orada ola biləcək şəxslərin axtarışı üçün əraziyə baxış keçirilir. Prokurorun müavini Nikolay Klepovun hadisə yerinə getdiyi məlum olub.
//Samir Qurbanov, Editor.az