Kontr-admiral Mixail Belinski adına 36-cı əlahiddə dəniz piyada briqadasının əsgərləri Xarkov vilayətinin Volçansk şəhərində bir qrup rusiyalı hərbçini əsir götürüblər.
Editor.az bildirir ki, bu barədə 36-cı briqadanın mətbuat xidməti məlumat yayıb: “Belinko dəniz piyadalarının Volçanskda ildırım sürətli əks hücumu zamanı bir qrup Rusiya hücumçu əsgəri ələ keçirilib.
Qardaşlarımızı rus zindanlarından geri qaytarmaq üçün mübadilə fondunu doldururuq!”, – məlumatda deyilir.
//Samir Qurbanov, Editor.az

