İtaliyanın Reco di Kalabriya şəhərində keçirilən FIPAV Cup Men Elite turnirində komandalar arasındakı görüşün ilk seti tam 89 dəqiqə davam edib.
Editor.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən setdə ümumilikdə 130 xal qeydə alınıb. Almaniya millisi uzun sürən qarşıdurmanın sonunda 66:64 hesabı ilə üstünlük əldə edib.
Beləliklə, birinci setdə qalibin müəyyənləşməsi üçün komandalar arasında 130 xal oynanılıb ki, bu da voleybol tarixində yeni dünya rekordu hesab olunur.
Əvvəlki rekord isə 2026-cı ildə Millətlər Liqasında Argentina və Polşa yığmalarına məxsus idi. Həmin qarşılaşmanın ilk seti 62 dəqiqə davam etmiş və argentinalılarla polşalılar 50:48 hesabı ilə mübarizə aparmışdılar.
//Gülnarə Abasova, Editor.az

