Volodimir Zelenski ABŞ-ın maliyyə naziri Scott Bessentin üstünə qışqırıbbackend

Volodimir Zelenski ABŞ-ın maliyyə naziri Scott Bessentin üstünə qışqırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 12-də Kiyevə səfəri zamanı resurs razılaşmasını müzakirə edərkən ABŞ-ın maliyyə naziri Scott Bessentə qışqırıb.

Editor.az xəbər verir ki, bu barədə fevralın 24-də görüşün şahidi olan mənbəyə istinadən “Financial Times” (FT) yazıb. Onun məlumatına görə, dövlət başçısı çox qəzəblənib. İddialara görə, o Kiyevdəki ofisinin qapısı arxasında “Ukraynanın ən mühüm strateji müttəfiqliyinin gələcəyi ilə bağlı gərginlik zamanı əsəbləşib”. Nəşr bildirir ki, “oradan gələn kobud səsi başqasınınki ilə qarışdırmaq olmazdı”.

FT-yə görə, Zelenskinin Bessentlə münaqişəsi ABŞ-ın 500 milyard dollarlıq hərbi yardımını təhvil vermək üçün Ukraynanın nadir torpaq və kritik minerallara olan hüquqlarının 50%-ni tələb edən təklifin detalları üzərində yaranıb. Ukrayna rəsmiləri bildiriblər ki, Bessent Zelenskinin müqaviləni dərhal imzalamalı olduğunu deyib.

Xatırladaq ki, fevralın 19-da Tramp bildirib ki, Kiyevə səfəri zamanı Bessentlə “kobud rəftar edilib”. Onun sözlərinə görə, Bessentin Kiyevə çatması xeyli vaxt aparıb, lakin Zelenski guya “yatıb” və görüş üçün əlçatan olmayıb. Lakin əslində görüş baş tutub və Zelenski həmin gün “Facebook”da danışıqların videosunu yayıb.

//Samir Qurbanov, Editor.az