Volodimir Zelenski Avropa turnesinə çıxırbackend

Volodimir Zelenski Avropa turnesinə çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski gələn həftə Berlin, Paris və Londona səfər edəcək.

Editor.az xəbər verir ki, bu barədə “The New York Times” anonim ukraynalı məmura istinadən məlumat yayıb. Tur fevralın 16-dan 18-dək baş tutan illik Münhen Təhlükəsizlik Konfransı ilə üst-üstə düşəcək.

Nəşrin məlumatına görə, tur zamanı Zelenski ölkəsinə hərbi yardımın artırılması təşəbbüslərini müdafiə edəcək. Bundan əvvəl “Bloomberg” mənbələrə istinadən Ukrayna prezidentinin Avropa ölkələrinə turnesi barədə məlumat yayıb. Onun sözlərinə görə, prezident hərbi yardımın artırılmasının zəruriliyini belə əsaslandırmaq istəyir.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Zelenski Münhendə keçiriləcək konfransda iştirak edəcək və təhlükəsizlik təminatları üzrə danışıqların tərəfdarı olacaq. Xəbəri Almaniyanın “Tagesspiegel” portalı da yayıb. Münhen konfransının rəhbəri Kristof Hoysgen bildirib ki, tədbirə Volodimir Zelenski və Kiyev meri Vitali Kliçko dəvət olunub. Eyni zamanda Zelenskinin ofisi səfərlə bağlı yekun qərarın hələ verilmədiyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-dan 18-dək baş tutacaq. Burada 50 dövlət və hökumət başçısı və 100 nazir iştirak edəcək.

//Samir Qurbanov, Editor.az