Ukrayna prezidenti Volodimir Zelenski xüsusi formatda hərbi kabinetin iclasını keçirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Zelenski Teleqram kanalında məlumat verib.
Görüşdə bütün komandirlər iştirak ediblər. Prezident onların istiqamətləri, müdafiə və hücum hərəkətləri, xüsusi tapşırıqlar barədə ətraflı məruzələrini dinləyib.
“Ən vacib mövzular üzrə səmimi söhbət baş tutdu”-deyə o, qeyd edib.
O, həmçinin Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnın, Müdafiə Naziri,Kəşfiyyat Baş İdarəsinin rəisi Kiril Budanov və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri ilə də görüş keçirib.
Ukrayna müdafiə-sənaye kompleksinin potensialının artırılması da ayrıca müzakirə olunub.
“Hazırkı mövqelərimizlə bağlı müzakirələr etdik. Ukrayna Silahlı Qüvvələri irəliləməkdə davam edir”.
//Safura Bənnayeva, Editor.az

