Volodimir Zelenski: Biz irəliləyirik, amma Moskvaya doğru yoxbackend

Volodimir Zelenski: Biz irəliləyirik, amma Moskvaya doğru yox

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Xersona səfər edib və burada şəhəri azad edən ukraynalı hərbçilərlə görüşüb.

Editor.az bildirir ki, bu barədə “Reuters” məəlumat verib. O, şəhərin baş meydanında administrasiya binası qarşısında növbəyə duran hərbçilərə “Biz irəliləyirik” dedi. “Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq” -deyib. Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə təşəkkür edib və ABŞ-dan yüksək mobillikli raket artilleriya sistemləri (HIMARS) tədarükünün Kiyev üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Uşaqlı valideynlər də Xersonun əsas meydanına toplaşıb, bəziləri hətta uşaq arabası ilə.

Bəziləri Ukrayna bayraqlarını dalğalandırır, bir çoxları isə bayraqlarını çiyinlərinə asıblar. “Mən həqiqətən xoşbəxtəm, hər şey insanların reaksiyasında görünür və onların reaksiyası səhnələşdirilə bilməz” – agentlik bildirib. Ukrayna qüvvələrinin daha hansı istiqamətdə irəliləyə biləcəyi ilə bağlı suala Zelenski belə cavab verib: “Hər halda Moskvaya doğru yox… Bizi başqa ölkənin ərazisi maraqlandırmır”. Qeyd edək ki, Zelenskinin gəlişinə bir neçə dəqiqə qalmış Xersonun mərkəzində insanlar yaxınlıqda atəş səsləri eşidib. Zelenski çıxışını bitirdikdən sonra da şəhərin üzərində daha bir neçə artilleriya partlayışı eşidilb.

  //Samir Qurbanov,Editor.az