Volodimir Zelenski Böyük Britaniyada səfərdədirbackend

Volodimir Zelenski Böyük Britaniyada səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib. London hava limanında onu Krallığın baş naziri Rişi Sunak qarşılayıb.

Editor.az xəbər verir ki, bu barədə Volodimir Zelenski öz Teleqram kanalında yazıb: “Böyük Britaniya Ukraynaya ilk yardım edən ölkələrdən biri olub. Və bu gün mən Britaniya xalqına göstərdiyi dəstəyə və liderlik keyfiyyətlərinə görə baş nazir Rişi Sunaka şəxsən təşəkkür etmək üçün Londondayam”, – Zelenski deyib.

“Sky News”un məlumatına görə, Zelenski və Sunak Ukraynaya dəstəyi, o cümlədən hərbi texnika təchizatının artırılmasını müzakirə edəcəklər. Bundan əlavə, Ukrayna prezidenti və Böyük Britaniyanın baş naziri ukraynalı hərbçilərin təlim keçdiyi təlim bazasına baş çəkəcəklər. Telekanalın məlumatına görə, bu gün sonra Volodimir Zelenski Bukingem sarayında Böyük Britaniya kralı III Çarlz, həmçinin Leyboristlər Partiyasının lideri Sayrus Starmer və İcmalar Palatasının spikeri Lindsey Hoyl ilə də görüşəcək.

Qeyd edək ki, bu, Vladimir Zelenskinin Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara başlamasından sonra ikinci xarici səfəridir.

  //Samir Qurbanov, Editor.az