Ukrayna prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasına səfəri çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşəcək.
Editor.az AP agentliyinə istinadən bildirir ki, iki ölkə lideri Ağ Evdə görüşəcək. Sonuncu dəfə Bayden və Zelenski iyul ayında NATO-nun Vilnüs sammitində görüşüblər.
Avqust ayında dövlət katibi Antoni Blinken Konqresdən Co Baydenin Ukraynaya daha 24 milyard dollarlıq yardım paketi tələbini təsdiq etməyi xahiş etmişdi. Sentyabrda Pentaqon Kiyevə göstərilən hərbi yardıma nəzarət etmək üçün qrup yaradıb.
//Samir qurbanov, Editor.az

